"Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir - AÇIQLAMA

"Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir - AÇIQLAMA

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.

mediasport.az xəbər verir ki, bunu "RB Sport"a açıqlamasında agent Aleksandar Ristiç deyib.

Onun sözlərinə görə, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu futbolçu ilə bağlı məlumat istəyib: "Həqiqətən də Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir".

Marko Veşoviç 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.