"Xırdalan" liderə şərik oldu
Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində daha iki oyun keçirilib.
mediasport.az xəbər verir ki, “Neftçi” İK - “Sabah" qarşılaşmasında sevinən tərəf ikincilər olublar - 99:81. Matçın ən məhsuldar basketbolçuları Dennis Cons (“Neftçi” İK, 17 xal, 8 ribaund) və Fuad Niftəliyev (“Sabah”, 18 xal, 3 asist) seçiliblər.
“AAAF Xırdalan” - “Gəncə" görüşündə isə qələbəni Xırdalan təmsilçisi qazanıb - 85:71. Bu qələbə ilə xırdalanlılar turnir cədvəlinin ilk pilləsinə şərik olublar. Oyunda Devin Pullun (“AAAF Xırdalan", 33 xal, 5 ribaund) və Celon Perri (“Gəncə”, 20 xal, 4 ribaund) ən məhsuldar basketbolçular olublar.
Turun bağlanış oyunu bu gün Astara Olimpiya İdman Kompleksində “Zirvə" və NTD arasında keçiriləcək.