"Neftçi" mövsümdə ilk qələbəsini darmadağınla rəsmiləşdirib

"Neftçi" mövsümdə ilk qələbəsini darmadağınla rəsmiləşdirib

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 2-ci turu çərçivəsində yerli komanda ilə "Neftçi" qarşılaşıb.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdən qələbə ilə qayıdıb.

İlk turda məğlub olan "Neftçi" Cəlilabad təmsilçisini böyük fərqlə üstələyib - 90:56.

Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Rişon Conson (38 xal, 8 ribaund), "Neftçi"dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, tura sabah ke,iril'c'k "Şəki" - "Sərhədçi" dueli il' yekun vurulacaq/