Madrid "Real"ı Fransada, "Bayern" İngiltərədə məğlub oldu - VİDEO

Madrid "Real"ı Fransada, "Bayern" İngiltərədə məğlub oldu - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 9 matç baş tutub.

Gecənin ən sensasiyalı nəticələri İngiltərə və Fransada yaşanıb.

Ötən həftə "Dinamo"nu (Zaqreb) böyükhesablı məğlubiyyətə düçar edən "Bayern" səfərdə "Aston Villa"ya uduzub.

Turnirin son qalibi "Real" isə Fransada "Lill"ə məğlub olub.

Azərbaycanın FİFA referisi Əliyar Ağayevin idarə etdiyi "Şturm" - "Brügge" qarşılaşmasında sevinən tərəf qonaqlar olublar.


UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur


2 oktyabr

"Jirona" (İspaniya) - "Feyenoord" (Niderland) 2:3

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Atalanta" (İspaniya) 0:3

"Aston Villa" (İngiltərə) - "Bayern" (Almaniya) 1:0

"Benfika" (Portuqaliya) - "Atletiko" (İspaniya) 4:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa) 2:2

"Lill" (Fransa) - "Real" (İspaniya) 1:0

"Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya) 2:0

"Leypsiq" (Almaniya) - "Yuventus" (İtaliya) 2:3

"Şturm" (Avstriya) - "Brügge" (Belçika) 0:1