"Qarabağ"ın potensial rəqibləri üz-üzə - UEFA Çempionlar Liqası

"Qarabağ"ın potensial rəqibləri üz-üzə - UEFA Çempionlar Liqası

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə start veriləcək.

Mediasport.az xəbər verir ki, 1-ci təsnifat mərhələsi çərçivəsində 14 görüşdən 6-sı bu gün, 8-i sabah keçiriləcək.

Raundda Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibləri də qarşılaşacaqlar.

Maltan təmsilçisi “Hamrun” Bakı vaxtilə saat 20:45-də Cəbəllütariqin “Linkoln” kollektivini sınağa çəkəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 16-da baş tutacaq.

"Qarabağ" cütün qalibi ilə ilk matçını səfərdə keçirəcək, cavab dueli iyulun 30-da Bakıda olacaq.


UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


19:30 "Panevejis" (Litva) - "Helsinki" (Finlandiya)

20:45 "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq)

22:00 TNS (Uels) - "Deçiç" (Monteneqro)

22:00 "Santa Koloma" (Andorra) - "Ballkani" (Kosovo)

22:45 "Vikinqur" (İslandiya) - "Şemrok" (İrlandiya)

23:00 "Virtus" (San-Marino) - "Styaua" (Rumıniya)