UEFA Çempionlar Liqası: 1/2 finalın cavab oyunları bu hakimlərə tapşırıldı
Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlər açıqlanıb.
mediasport.az xəbər verir ki, sabah keçiriləcək Milan derbisi "İnter" - "Milan" qarşılaşmasını fransalı Klemen Tirpin idarə edəcək.
Mayın 17-də oynanılacaq “Mançester Siti” - “Real” görüşündə isə ədaləti polşalı Şimon Marçinyak qoruyacaq.
UEFA Çempionlar Liqası. 1/2 final. Cavab oyunları
23:00 “İnter” – “Milan” (ilk matç: 2:0)
Baş hakim: Klemen Turpin
Köməkçi hakimlər: Nikolya Dano və Benjamin Pay
Dördüncü hakim: Stefani Frappar
VAR: Jerom Brisar
AVAR: Benua Miyo
İtaliya, Milan. "Cüzeppe Meatsa" stadionu.
23:00 "Mançester Siti" - "Real" (ilk matç: 1:1)
Baş hakim: Şimon Marçinyak
Köməkçi hakimlər: Pavel Sokolniçki, Tomaş Listkeviç
Dördüncü hakim: İştvan Kovaç
VAR: Tomaş Kvyatkovski
AVAR: Bartoş Frankovski
İngiltərə, Mançester. "Etihad" stadionu.