Çempionlar Liqası: Son 3 vəsiqənin sahibi bu axşam müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, daha 3 görüşlə qrup mərhələsinin son iştirakçıları müəyyənləşəcək.
II raundda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Polşanın “Rakuv” klubu Danimarkada ötən həftə uduzduğu “Kopenhagen”in qonağı olacaq.
Qeyd edək ki, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zalsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda” (Serbiya) Çempionlar Liqasının qrupunda oynayacaq.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
23:00. AEK (Yunanıstan) – “Antverpen” (Belçika) İlk oyun – 0:1
23.00 “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) İlk oyun – 1:0
23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) İlk oyun – 2:2