"Qəbələ"nin məşqçisinin cəzasının üstünə daha 5 oyun əlavə edildi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda iki baş məşqçinin cəzalandırılmasına dair qərar çıxarılıb.
U-14 Liqasının “Qəbələ” - “Azart” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir edib. Buna görə 3 oyunluq cəza alıb.
U-15 Liqasının “Sumqayıt” - “Qəbələ” matçında qonaqların cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində hakimlərin ünvanına qeyri-etik ifadələr işlədib. Onun cəzasının üzərinə 5 oyun əlavə edilib.
Xatırladaq ki, komitə mayın 24-də də Mustafayevi 5 matçlıq cəzalandırmışdı. Məşqçi evdə eyni komanda ilə görüşün 72-ci dəqiqəsində hakimləri təhqir etmişdi.
U-14 Liqasının “Şirvansaray” - "Astara” qarşılaşmasında qonaqların rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. O, 5 oyunluq diskvalifikasiya edilib.