"Həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir"
Azərbaycan milli komandası və İsveçin "Yurqorden" klubunun hücumçusu Musa Qurbanlı yerli mətbuata açıqlama verib.
Mediasport.az xəbər verir ki, oyunlarını dəyərləndirən gənc forvard axır vaxtlar qol vura bilməmsi barədə də danışıb.
21 yaşlı futbolçu fərqlənə bilmədiyi üçün bəzən məyus olduğunu deyib:
“Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeni və gənc olduğum üçün başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Fikrimcə, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu mənim yolumdur. Mübarizəni davam etdirsəniz, yekunda istədiyinizi əldə edəcəksiniz”.
Qeyd edək ki, son 7 oyundur fərqlənə bilməyən Musanın aktivində 12 matçda 2 qol var.