Əliyar Ağayev UEFA Çempionlar Liqasında baş hakim olacaq

Əliyar Ağayev UEFA Çempionlar Liqasında baş hakim olacaq

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) qarşılaşmasında əsas söz sahibi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər, dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

VAR-da İngiltərədən Devid Kut və Stüart Attuell əyləşəcəklər.

Oktyabrın 2-də Klagenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.