"Hisslərimi sözlə ifadə edə bilmirəm" - Dadaş Dadaşbəyli

"Hisslərimi sözlə ifadə edə bilmirəm" - Dadaş Dadaşbəyli

"Bu, karyeramda ən ağır yarış idi. Nailiyyət əldə etdiyim üçün hədsiz sevincliyəm. Qazandığım gümüş medalı atama həsr edirəm".

Mediasport.az xəbər verir ki, bunu Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

28 yaşlı idmançı mundialda əldə etdiyi böyük uğuru şərh edib:

"10 ildir ki, ağırlıqqaldırma ilə məşğulam. İnanın, hisslərimi sözlə ifadə edə bilmirəm. May ayında iki ağır əməliyyat keçirdim. Rəhbərliyimiz və digər qurumlar dəstəklərini məndən əsirgəmədilər. "Dayanmaq fikrində deyiləm. Çalışıram ki, hər zaman Azərbaycan bayrağını zirvələrə qaldırım. Növbəti məqsədim qızıl medal qazanmaqdır".

2024-cü ildə Avropa çempionu adını da qazanmış atlet Bəhreyndə 109 kq çəki dərəcəsində təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medala yiyələnib.