İspaniya nəhəngi "Sevilya" "Qarabağ"ın üzvü ilə razılaşdı

İspaniya nəhəngi "Sevilya" "Qarabağ"ın üzvü ilə razılaşdı

"Qarabağ"ın futbolçusu Olavio Juninyo karyerasını İspaniyada davam etdirə bilər. 

Mediasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Sevilya" Ağdam klubunun hücumçusunu transfer etmək istəyir.

Bu haqda məlumatı X hesabında “Zona MİXTA” paylaşıb.

İnformasiyada Primera klubunun Azərbaycan çempionuna təklif göndərdiyi və "sambaçı"nın "Sevilya" ilə razılaşdığı qeyd olunub.

Transferi ispanların baş məşqçisi Qarsiya Pimyentanın istədiyi bildirilib.

Xatırladaq ki, "Qarabağ"ın heyətində 2023-cü ilin yayından çıxış edən braziliyalı forvardla "köhlən atlar"ın anlaşması 2026-cı ilin iyuluna qədərdir.