Dommaracu Qukeş tarixə ən gənc dünya çempionu kimi düşdü
Sinqapurda Dommaracu Qukeşlə Din Liren arasında davam edən "şahmat tacı" mübarizəsinin qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 18 yaşlı zəka sahibi Qukeş çinli rəqibi üzərində 7,5: 6:5 hesablı qələbə qazanaraq tarixə dünya çempionu olan ikinci hindistanlı şahmatçı kimi düşüb.
O, qələbəsini 58-ci gedişə rəsmiləşdirməklə 18-ci dünya çempionu adına sahib çıxıb. Həm də ən gənc dünya çempionu adına yiyələnib.
Xatırladaq ki, daha əvvəl hindistanlılardan yalnız Vişvanatan Anand bu uğuru qazanmışdı.