"Sumqayıt" və "Turan Tovuz" klubları texniki məğlubiyyət aldı

 "Sumqayıt" və "Turan Tovuz" klubları texniki məğlubiyyət aldı

AFFA-nın İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Mediasport.az xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasında qərar çıxarılıb.

Əvəzedicilər Liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan futbolçu Kənan Cavadlı meydana daxil olduğuna görə hesab saxlanılmaqla (0:3) Sumqayıt komandasına texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 400 manat cərimələnib.

AFFA U-16 Liqasında keçirilən “Səbail” – "Turan Tovuz” matçında heyətdə adı protokolda qeyd edilməyən futbolçu yer aldığına görə Tovuz klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.