Azərbaycan millisi məğlubiyyətdən son anda xilas oldu - AVRO-2026
Azərbaycanın futzal üzrə milli komandası AVRO-2026-nın əsas mərhələsi çərçivəsində qrupda ilk oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi yığmamız 5-ci qrupda İsveç seçməsini qəbul edib.
Bakı İdman Sarayında baş tutan görüşdə üstünlüyü əldən verərək məğlub duruma düşən millimiz duelin başa çatmasına 2 saniyə qalmış bərabərlik qolunu vurub.
Futzalçılarımızdan Oqtay Rüstəmli dubl edib, digər topun müəllifi Xəzər Ağalızadə olub.
Komandamız qrupda növbəti matçını 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.
AVRO-2026. Əsas seçmə mərhələ. 5-ci qrup
Azərbaycan - İsveç 3:3
Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov (Hakimlər briqadası Qazaxıstandandır)
Taymmeker: Anar Fərəcov (Azərbaycan)
Hakim-inspektor: Ştefan Veber (Almaniya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Bakı İdman Sarayı.