Bakıda yaşamış futbolçudan sonra o da öldü - Anna ilə evlənən ikinci idmançının müəmmalı sonu - FOTO
Bakının keçmiş "İnter" (indiki "Şamaxı") klubunun sabiq futbolçusu Valentin Belkeviçin eks həyat yoldaşı Anna Sedokova növbəti faciə ilə üzləşib.
Ukraynalı müğənninin bugünlərdə ayrıldığı üçüncü həyat yoldaşı Yanis Timma qəfil vəfat edib.
Latviya milli komandasının 32 yaşlı basketbolçusunun meyiti Moskvanın mərkəzində yerləşən binalardan birinin blokunda tapılıb.
Rusiya mətbuatı onun dekabrın 9-da boşandığı Annanı ad gününü təbrik etdiyini yazır.
Hadisə dünən gecə saatlarında qeydə alınıb, ilkin versiya kimi Yanisin özünə qəsd etdiyi deyilir.
Mərhumun telefonunun üz qabığında Annanın nömrəsi və "Annaya zəng edin" yazısı aşkarlanıb.
Cütlük 2020-ci ildə ailə qurmuşdu.
Xatırladaq ki, "İnter"də 2008-2009-cu illərdə 5 oyun keçirmiş Belkeviç də 2014-cü ildə Sedokova ilə ayrıldıqdan bir müddət sonra ürəktutmasından vəfat etmişdi.
2010-cu ildə Latviya yığmasının heyətində Avropa üçüncüsü olmuş Timma İspaniyanın "Obradoyro" klubunda forma geyinirdi.
Mediasport.az