"Musayev Azərbaycana yollandı, orada böyük təcrübə topladı"

 "Musayev Azərbaycana yollandı, orada böyük təcrübə topladı"

Rusiyanın “Şinnik” klubunun baş məşqçisi Dmitri Çerışev "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevi tərifləyib.

Mediasport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis açıqlamasında “Krasnodar”ın cari çıxışlarını analiz edib, Musayevin Rusiyada uğur qazanmasında ölkəmizdə fəaliyyətinin böyük rolu olduğunu qeyd edib:

"Musayev iş sistemini xeyli dəyişib. “Krasnodar”ı tərk edərək Azərbaycana yollanmışdı. Orada böyük təcrübə topladı. İndi də onun komandası kifayət qədər maraqlı futbol oynayır. Çempionluq uğrunda mübarizə aparır. Bu, komandada vəziyyətin yaxşı getdiyindən xəbər verir. Amma Muradın da yaxşı oyunçu seçimi var".

Qeyd edək ki, Murad Musayev "Sabah"da 2021-ci ilin oktyabrından 2024-cü ilin yanvarına qədər baş məşqçi olub.