Bolqarıstan klubunun futbolçusu Azərbaycan Premyer Liqasında

Bolqarıstan klubunun futbolçusu Azərbaycan Premyer Liqasında

Bolqarıstanın Yüksək Liqa təmsilçisi "Arda"dan ayrılan Cəlal Hüseynov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Mediasport.az saytına verilən məlumata görə, Krjali təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən 21 yaşlı müdafiəçi mövsümün ikinci hissəsini keçmiş klubu "Şamaxı"da keçirəcək.

Yığmamızın üzvü bölgə təmsilçisi ilə mövsümün sonunadək anlaşıb.

Cəlal 2022/2023-cü illər mövsümündə icarə əsasında "şirlər" formasını geyinib.

O, bolqarlarla bugünlərdə yeni - 2026-cı ilin yayına qədər müddəti əhatə edən müqavilə bağlamışdı.