AFFA rəhbərliyi Hakimlər Komitəsi sədrinin xahişini qəbul etdi
Azərbaycanın futbol hakimlərinin qışda təlim-məşq toplanışını harada keçirəcəyi müəyyənləşib.
Mediasport.az saytına verilən məlumata görə, ədalət təmsilçilərinin hazırlığı Türkiyədə reallaşacaq.
AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Blekere rəhbərlikdən qardaş ölkəyə yollanmaları üçün şərit yaradılmasını xahiş edib.
"Fit sahibləri" dekabrın 29-dan yanvarın 12-dək hazırlıq keçəcəklər.
Məlumata görə, hakimlərimiz Antalyada baş tutacaq yoldaşlıq matçlarında iş başında olacaqlar.