"Ülviyyə Fətəliyevanın nailiyyəti Azərbaycan şahmatı üçün ilkdir"
"Azərbaycan şahmatçıları üçün etik davranış qaydaları təsdiq olunacaq".
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun ilin yekunları ilə bağlı keçirdiyi tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni qaydalar federasiyanın rəsmi saytında yerləşdiriləcək: “Tələbləri yerinə yetirəcək şahmatçıların üzünə bütün qapılar açıq olacaq”.
M.Məmmədov ötən il əldə olunan uğurlu nəticələrə də toxunub:
“Şəxsi Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyevanın nailiyyəti Azərbaycan şahmatı üçün ilkdir. Şahmat tariximizdə indiyədək belə nəticə olmayıb. Ayan Allahverdiyevanın da uğurunu vurğulamaq istərdim. Gənc və uşaq şahmatçıların yarışında bundan başqa qeyd edə biləcəyimiz heç nə olmadı".