Sergey Rebrov Azərbaycan yığması ilə görüşləri yadından çıxardı

Sergey Rebrov Azərbaycan yığması ilə görüşləri yadından çıxardı

Ukrayna milli komandasının baş məşqçiis Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Mediasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan yığması daxil, qrupda bütün matçlara ciddi hazırlaşmalı olduqlarını qeyd edib.

Maraqlıdır ki, Rebrov Ukrayna seçməsinin 2006-cı ildə millimizlə iki yoxlama görüşü keçirdiyini unudub:

“Rəqiblərimizin hər biri çətindir. Amma düşünürəm ki, hər biri ilə oynamaq mümkündür. Xatırladığım qədər Azərbaycana qarşı ümumiyyətlə, oynamamışıq. Futbolçu olduğum illərdə onlarla görüşməmişik. Amma biz onların çox oyununu izləmişik.

Hər rəqiblə matça ciddi hazırlaşmaq lazımdır. Oyunlara qədər olan vaxtdan yaxşı istifadə etməli və rəqiblərə qarşı hazırlaşmalı, səviyyəmizi göstərməliyik”.

Xatırladaq ki, komandamızın Ukraynaya qarşı iki yoldaşlıq qarşılaşması olub, Bakıda hesab açılmayıb, Kiyevdə yığmamız 6 cavabsız top buraxıb.

DÇ-2026-nın D qrupunda yer alan millimiz Ukrayna ilə yanaşı, Fransa/Xorvatiya cütünün qalibi və İslandiyaya qarşı mübarizə aparacaq.