Klub prezidenti baş məşqçi və futbolçuları komandadan qovdu

Klub prezidenti baş məşqçi və futbolçuları komandadan qovdu

Bosniya və Herseqovinanın “Sloboda" klubunun baş məşqçisi və bütün futbolçular komandadan qovulublar.

Mediasport.az xəbər verir ki, bu addımı Tuzla təmsilçisinin prezidenti Azmir Husiç atıb.

O, cari mövsüm liqada 17 oyunun 15-də məğlub olan baş məşqçi Zlatan Naliç və heyətlə vidalaşıb.

A.Husiç açıqlamasında kollektivi yenidən formalaşdıracaqlarını və çempionatda qalmaq uğrunda yarışacaqlarını deyib.

1919-cu ildə yaradılmış "Sloboda" 2 xalla turnir cədvəlində sonuncu pilləsində qərarlaşıb. Komanda bu mövsüm 2 matçda heç-heçə edib.