"Turan Tovuz"un 2 əsas üzvü "Zirə" ilə matçda meydana çıxmayacaq

 "Turan Tovuz"un 2 əsas üzvü "Zirə" ilə matçda meydana çıxmayacaq

"Zirə" ilə Azərbaycan Premyer Liqasının 32-ci turuna hazırlaşan "Turan Tovuz" qarşılaşmaya itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi paytaxt klubu ilə ev görüşündə iki əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Braziliyalı Bruno Qonçalveş ötən tur "Neftçi" ilə matçda qırmızı vərəqə alıbsa, panamalı Roderik Miller zədəlidir.

Digər zədəlilər - Ayxan Qüseynovla Denis Marandiçi isə matça hazırdır.

Qarşılaşma apreli 5-i, saat 16:30-da Tovuz şəhər stadionunda keçiriləcək.