Sərbəst güləş üzrə yığmamız ardıcıl ikinci dəfə Avropa çempionu oldu!
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
mediasport.az xəbər verir ki, millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 6 medal qazanıb.
Güləşçilərimiz bu nəticə ilə 150 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu kimi tarixə düşüb.
Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb