Qurban Qurbanov Avropa çempionudur, komandamızdan daha 1 gümüş və 2 bürünc medal!
Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın 3 təmsilçisi medal görüşünə çıxıb.
Nihad Quluzadə (60 kq) finalda məğlub olsa da, Qurban Qurbanov (82 kq) qızıl medalı qazanaraq Avropa çempionu olub.
Ruslan Nurullayev (72 kq) və təsəlliverici görüşü uğurla keçən Murad Əhmədiyev (97 kq) isə 3-cü yeri tutaraq bürünc medala yiyələnib.
Xatırladaq ki, əvvəlki iki gündə millimiz 4 mükafat əldə edib - Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.