Yığmamız üçün Almaniyada həlledici oyun - Avropa çempionatı

Yığmamız üçün Almaniyada həlledici oyun - Avropa çempionatı

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

mediasport.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində təşkil edilmiş qrup mərhələsinin son qarşılaşmasında rəqibimiz İsveç seçməsi olacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Ataman Günyligilin rəhbərlik etdiyi komandamız qrupda bunadək keçirdiyi 4 görüşün 2-də qalib gəlib, 2-də uduzub. Voleybolçularımız Çexiya və Yunanıstan millilərindən üstün olsalar da, Almaniya və Türkiyə yığmalarına uduzublar.

Hazırda 5 xalla 6 komanda arasında qrup 3-cüsü olan millimiz pley-offa çıxmaq üçün azı məğlub olmamalıdır.