Azərbaycan çempionatında növbəti oyunların vaxtı və yeri dəqiqləşib

Azərbaycan çempionatında növbəti oyunların vaxtı və yeri dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.

Bu gün MOİK Yüksək Liqada növbəti görüşünü “Neftçi”yə qarşı keçirəcək. Oyun saat 18:00-da başlanacaq.

Sabah isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaqlar. Matç saat 16:00-da start götürəcək.

“Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” klublarının qarşılaşması saat 19:00-a təyin edilib. Bu duel “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Hər üç görüş GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq.