"Neftçi"nin sabiq futbolçusu "Xankəndi"də forma geyinəcək
AFFA Region Liqasında yarışacaq "Xankəndi" növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Nihad Ağayevi heyətinə qatıb.
20 yaşlı müdafiəçi Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qoruyub.
O, "Sumqayıt"ın yetirməsidir, karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli" komandalarında forma geyinib.