Yığma üzvlərimiz Dünya Kubokunda

Yığma üzvlərimiz Dünya Kubokunda

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Polşada təşkil olunacaq Dünya Kuboku və beynəlxalq yarışda mübarizə aparacaqlar.

mediasport.az xəbər verir ki, Jeşuv şəhərində keçiriləcək Dünya Kubokunda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük) cütlüyü təmsil edəcək.

Eyni şəhərdə baş tutacaq beynəlxalq yarışda isə Nizam Xamidulin ilə Milana Əliyeva (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bəşiri (qadın qrupu) qüvvələrini sınayacaqlar.

Hər iki yarış 9-11 iyun tarixlərində baş tutacaq.