Azərbaycanın bədii gimnastları bu dəfə gümüş medala sahib çıxıblar

  Azərbaycanın bədii gimnastları bu dəfə gümüş medala sahib çıxıblar

Azərbaycanın bədii gimnastları İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə uğurlu çıxış ediblər.

Mediasport.az xəbər verir ki, böyüklərdən ibarət millinin üzvləri iki gümüş mükafata sahib olublar. Yığma dünən çoxnövçülükdə qızıl medal əldə etmişdi.

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında bu uğura imza atıblar.