Akrobatlarımız Polşadakı Dünya Kubokunda qızıl medal qazandılar

Akrobatlarımız Polşadakı Dünya Kubokunda qızıl medal qazandılar

Akrobatika gimnastikası üzrə milli komandamızın üzvləri Polşanın Jeşuv şəhərində keçirilən Dünya Kubokunda uğur qazanıblar.

mediasport.az xəbər verir ki, təmsilçilərimiz Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük çoxnövçülük proqramında bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə ediblər.

Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlük, həmçinin, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Başiridən ibarət qadın qrupu isə eyni şəhərdə baş tutan beynəlxalq turnirdə çoxnövçülük proqramında qızıl medallara sahib çıxıblar.