Milli komandamızdan “Crystal Rose - Helen Valery”də 4 medal

Milli komandamızdan “Crystal Rose - Helen Valery”də 4 medal

Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə “Crystal Rose - Helen Valery” Qran-pri yarışı keçirilib.

Mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan millisinin heyətində Zəhra Cəfərova (böyüklər), Şəms Ağahüseynova (gənclər), Azadə Atakişiyeva (yeniyetmələr) və Nur Sadıqova (yeniyetmələr) iştirak ediblər.

Gənc fərdi gimnast Ağahüseynova yarışa 3 medalla yekun vurub. O, top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birində çıxışını bürünc medalla bitirib.

Yeniyetmələrin yarışında isə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb.

Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.