Yığmamız Çexiya ilə oyunların hazırlığını Bakıda davam etdirir
Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi gündə iki dəfə olmaqla hazırlığını davam etdirir.
Mediasport.az xəbər verir ki, zədə səbəbindən Kənan Manafov yığmanın düşərgəsinə dəvət almayıb.
Sentyabrın 16-dək Bakıda məşq keçəcək komanda ertəsi gün səfərə çıxacaq.
Millimiz sentyabrın 19-da və 20-də Çexiya ilə Zlin şəhərində 2 yoldaşlıq oyununda gücünü sınayacaq.