Komandasından Elxan Səmədova dəstək: "Tez sağal, kapitan!"

Komandasından Elxan Səmədova dəstək: "Tez sağal, kapitan!"

Futzal üzrə Birinci Liqanın 12-ci turu çərçivəsində keçirilən "Timsport" - PFL matçında ikincilər meydana pankartla çıxıblar.

Mediasport.az xəbər verir ki, onlar "Tez sağal, kapitan!" sözləri yazılan pankartda müalicəsini Türkiyədə davam etdirən kapitan Elxan Səmədova mənəvi dəstək olublar.

PFL üzvləri vurduqları birinci qoldan sonra sevinclərini Səmədovun geyindiyi 10 nömrəli formanı nümayiş etdirməklə qeyd ediblər.

Matç PFL-in 15:4 hesablı qələbəsi ilə yekunlaşıb.