Atalar 3-dən deyib...
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu çıxıb.
mediasport.az xəbər verir ki, yığmamız növbəti dəfə Türkiyə millisinə məğlub olub - 2:4. Millimizin heyətində Elşad Manafovla Orxan Məmmədov fərqlənib.
Komandalar arasında növbəti oyun bu gün keçiriləcək. Futbolçularımız ilk qarşılaşmada 3:4 hesabı ilə uduzmuşdular.