Gənc gimnastlarımız Gürcüstanda beynəlxalq turnirdə 1-ci olublar
Gürcüstanın paytaxtı Tbilisidə bədii gimnastikanın "Gimnastika hamı üçün" şüarı altında 4-cü Beynəlxalq Tbilisi Gimnaziyası yarışı keçirilib.
Mediasport.az xəbər verir ki, 3 gün (26-29 aprel) davam edən turnirdə Azərbaycanın yeniyetmə gimnastları uğurla çıxış ediblər.
Yeniyetmələr arasında Hüsniyyə və Zəhra Əlizadə bacıları bütün rəqiblərini qabaqlayaraq 1-ci yeri tutublar.
Təmsilçilərimiz qızıl medalı qrup hərəkətlərində qazanıblar.
Qeyd edək ki, Əlizadə bacıları "Şirvan" futbol klubunun baş məşqçisi İlkin Əliyevin övladlarıdır. Yeni yaradılmış komanda Azərbaycan Həvəskar Liqasında mübarizə aparır.