Azərbaycan milli komandası yarımfinalda mübarizəni dayandırıb

Azərbaycan milli komandası yarımfinalda mübarizəni dayandırıb

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında mübarizəni yarımfinalda dayandırıb.

Mediasport.az xəbər verir ki, qrupda 3 görüşü qələbə ilə başa vuran komandamız final yolunda "Özbəkistan TJ" komandası ilə qarşılaşıb.

Gərgin keçən matç meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb - 29:28.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ALMATA klubuna 28:20, ROPSTTM komandasına 39:31, OKMK kollektivinə isə 30:28 hesabı ilə qalib gəlmişdi.