Yığmamızın iki üzvü Dünya Kubokunda finala vəsiqə qazandı

Yığmamızın iki üzvü Dünya Kubokunda finala vəsiqə qazandı

Qətərin paytaxtı Dohada keçirilən gimnastika üzrə Dünya Kuboku davam edir.

mediasport.az xəbər verir ki, Azərbaycanın iki idmançısı uğurlu çıxışı ilə yadda qalıb.

İdman gimnastikası üzrə milli komandamızın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurmaqla adını finala yazdırıb. Yığmamızın digər təmsilçisi -  Nikita Simonov isə halqalarla hərəkətlərin icrasında həlledici vəsiqə qazanıb.