Gimnastlarımız Dünya Kubokundan qızıl və gümüş medalla qayıdıblar

Gimnastlarımız Dünya Kubokundan qızıl və gümüş medalla qayıdıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Maya şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, yığmamız qızıl və gümüş medal qazanıb.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət dueti kişi cütlərin yarışında çempionluq sevinci yaşayıb.

Ağasif Rəhimovla Raziyə Seyidli cütlüyü isə qarışıq cütlərin mübarizəsində ikinci yeri tutub.