Azərbaycan yığmasının iki cütlüyü Dünya Kubokunun qalibi olub
Akrobatika üzrə Azərbaycan yığmasının iki cütlüyü Dünya Kubokunun qalibi olub.
Mediasport.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası Polşanın Jeşuv şəhərində keçirilən mərhələdən sonra seriyanın yekun nəticələrini hesablayıb.
Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlərin yarışında rəqiblərini üstələyib.
Cütlük mükafatçısı olduğu üç turnirin nəticəsinə əsasən ümumilikdə 85 xal toplayıb. Təmsilçilərimiz Ukrayna cütü İvan Labunets və Efrosinya Krivitskayanı 10 xal qabaqlayıblar.
Kişilərin sıralamasında Daniel Abbasov və Murad Rəfiyev dünya kubokunda qalib gəliblər.
Onlar Burqas, Maya və Rjeşov mərhələlərinin mükafatçıları ümumilikdə 75 xal toplayıblar.
Azərbaycan cütlüyü qazaxıstanlı Daniel Dil və Vadim Şulyarı 20 xal geridə qoyub.