Bölgə gimnastlarının Bakıda təlim-məşq toplanışı davam edir
Zaqatala və Qaxı təmsil edən 2012-2017 təvəllüdlü bədii gimnastların Milli Gimnastika Arenasında təlim-məşq toplanışı davam edir.
Mediasport.az xəbər verir ki, 20 yanvara qədər davam edəcək toplanışa 11 idmançı qatılıb.
Məqsəd bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.
Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak edirlər.