Yığmamızın kapitanı Macarıstan klubu ilə yeni müqavilə bağlayıb
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubu ilə müqaviləni yeniləyib.
Mediasport.az xəbər verir ki, yığmamızın kapitanı 1 illik yeni anlaşmaya qol çəkib.
Təcrübəli hücumçu təəssüratlarını klubun mətbuat xidmətinə açıqlamasında bölüşüb:
“Vaşaş” mənim ikinci ailəmdir. Burada çox xoşbəxtəm və Budapeştdə özümü yaxşı hiss edirəm. Növbəti mövsümdə də burada olacağıma şadam. CEV kubokundakı çıxış və daxili arenadakı uğurlardan sonra beynəlxalq səviyyədə daha yaxşı nəticələr qazanmaq istəyirik. Şadam ki, mövsümü yenə “qızıl dubl”la başa vurduq. Artıq daha yüksək səviyyəyə irəliləyə bilərik. Bu komandanın kapitanı olmağımla fəxr edirəm ki, biz birlikdə belə böyük uğurlara imza atmışıq”.