Milli Polşa və Estoniyaya uduzdu
17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil edilmiş Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizəyə başlayıb.
mediasport.az xəbər verir ki, yığmamız turnirdə keçirdiyi ilk iki oyunda meydanı məğlub tərk edib.
Komanda əvvəlcə Polşa, ardından Estoniya voleybolçularına "quru" hesabla - 0:3 uduzub.
Cəlil Baxtiozinin kollektivi qarşıdakı üç gündə Latviya, Gürcüstan və Ukrayna iləqarşılaşacaq. AÇ-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion turnirin final mərhələsinə vəsiqə qazanacaq.