Yığmamızın elit-raund üçün oyun cədvəli müəyyənləşdi - DÇ-2024

Yığmamızın elit-raund üçün oyun cədvəli müəyyənləşdi - DÇ-2024

Futzal üzrə DÇ-2024-ün elit-raunduna vəsiqə qazanana Azərbaycan yığmasının oyun cədvəli müəyyənləşib.

mediasport.az xəbər verir ki, matçların keçiriləcəyi günləri qrup iştirakçıları iyunun 16-dək öz aralarında razılaşdırmalıdırlar.

Həmin tarixə qədər razılıq əldə olunmasa, UEFA oyun tarixlərini püşklə müəyyənləşdirəcək. Dekabrın 20-i qrup mərhələsi üçün sonuncu oyun günüdür. Pley-off-da iştirak edəcək komandalar üçün gələn il yanvarın 25-də püşk atılacaq, matçlar isə ev və səfər prinsipi olmaqla gələn il 8-17 aprel tarixlərində keçiriləcək. 


DÇ-2024. Elit-raund


Sentyabr

Rumıniya - Azərbaycan

Azərbaycan – Niderland


Oktyabr

Azərbaycan – Qazaxıstan

Qazaxıstan - Azərbaycan


Dekabr

Azərbaycan – Rumıniya

Niderland - Azərbaycan