ÇL-də fiaskoya uğrayan çempionumuz 5 oyunçusu ilə yollarını ayırdı

ÇL-də fiaskoya uğrayan çempionumuz 5 oyunçusu ilə yollarını ayırdı

UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün matçlarda məğlub olan futzal üzrə son ölkə çempionu “Araz-Naxçıvan” 5 oyunçusu ilə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yüksək Liqa təmsilçisi Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesio ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.