Yığma komandamızın eks üzvü Səudiyyə Ərəbistanı klubunda
Futzal üzrə Azərbaycan milli komandasının keçmiş üzvü Conatan Baton (Luis de Angelis) karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Mediasport.az xəbər verir ki, braziliyalı futzalçı “Əl-İttihad”da çıxış edəcək.
O, Riyad təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Yığmamıza 2020-ci illdə dəvət almış braziliyalı son olaraq vətənində "Sport Resife" klubunda oynayıb.