Yığmamızın üzvləri beynəlxalq turnirdə gümüş medal qazandılar

Yığmamızın üzvləri beynəlxalq turnirdə gümüş medal qazandılar

Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası üzrə "ScalabisCup" beynəlxalq turniri davam edir.

MediaSport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Bilal Qurbanov, Hüseyn Əsədullayev və Aleksey Karataşov komanda hesabında gümüş medala layiq görülüb.

İdmançılar həmçinin fərdi proqramda finala vəsiqə qazanıblar.

Akrobatika gimnastikası üzrə yığmamızın üzvləri - Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu isə 9-cu “Turin Acro Cup” beynəlxalq turnirində iştirak etmək üçün İtaliyanın Turin şəhərinə yola düşüblər.