Gimnastlarımızdan 26 medal!

Gimnastlarımızdan 26 medal!

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib.

mediasport.az xəbər verir ki, yarışda Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapur və Azərbaycan idmançıları iştirak ediblər.

Ölkəmizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Sportsbox” klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda bir neçə dəfə bayrağımızı zirvəyə qaldırıb. 21 gimnastla təmsil olunan klub 11 qızıl, 8 gümüş və 7 bürünc medal qazanıb.

Gimnastlar arasında Mina Abbasova 3 dəfə fəxri kürsüdə yer alıb. O, topla hərəkətlərdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanaraq çoxnövçülükdə 2010-cu il təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub.