Rusiyada müharibəyə çağırılan Əliyev şoka düşdü

Rusiyada müharibəyə çağırılan Əliyev şoka düşdü

Səfərbərlik idarəsindən çağırış vərəqəsi alan Azərbaycan əsilli rusiyalı idmançı, fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev yaşadığı hissləri şərh edib.

MediaSport.az xəbər verir ki, 23 yaşlı idmançı çağırış vərəqəsi ilə bağlı xəbəri eşidəndə şoka düşdüyünü deyib. Amma Avropa çempionu idmançıların orduya cəlb olunması ilə bağlı sualdan yayınıb:

“Xəbəri mətbuatdan oxudum. Təsəvvür edin, təyyarə enirsən, deyirlər ki, sənə müharibəyə çağırış gəlib. Evə getdim, bütün sənədləri hazırladım, daha sonra hərbi komissarlığa yollandım. Hazırda hər şey qaydasındadır. Sadəcə, gedib qeydiyyatdan keçməli idim. Qeydiyyat yerim dəyişib. Müvafiq olaraq, yeni qeydiyyatda olduğum yerdə qeydiyyatdan keçmək lazım idi. İdmançılar orduya cəlb edilməlidirlər? Mən bu suala cavab verməyəcəyəm”.

Dmitrinin atası azərbaycanlıdır. O, 2020-ci il Avropa çempionatının qalibi olub.