Yığmamızın üzvü Yaponiyada elə ilk döyüşündəcə məğlub oldu
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycanın yeganə təmsilçisi Leyla Əliyeva mübarizəyə qoşulub.
mediasport.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan idmançımız startdaca uduzub.
Turnirə 1/8 final mərhələsindən başlayan 25 yaşlı idmançımız meksikalı Edna Karrilyoya məğlub olaraq çıxışını başa vurub.
"Böyük Dəbilqə"də 59 ölkədən 346 cüdoçu mübarizə aparır.